Ajans.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bəyan edib. Katzın sözlərinə görə, öldürülmüş İzadi “7 oktyabr” teraktı ərəfəsində HƏMAS-ın maliyyləşdirilməsi və silahlandırılmasında iştirak edib. “Bu İsrail kəşfiyyatı və İsrail Hava Qüvvələri üçün nəhəng nailiyyətdir. Terror qurbanları və əsirlər üçün ədalətdir. İsrailin uzun əlləri bütün düşmənlərə uzanacaq”, - deyə Katz əlavə edib. Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.