İsrail hökuməti 1000 yeni mobil sığınacaq tikmək və 500 mövcud sığınacaqları təmir etmək planını təsdiqləyib. Bu barədə ölkənin Müdafiə Nazirliyi bəyanat yayıb. Məlumata əsasən, İsrail hökuməti Müdafiə Nazirliyi və Daxili Cəbhə Komandanlığının 500 ictimai bomba sığınacağının təmiri və ölkə daxilində 1000 səyyar yol kənarında sığınacaq yerləşdirilməsi planını təsdiqləyib. Bütün planın həyata keçirilməsi dövlətə təxminən 28,6 milyon dollara başa gələcək.
Mətləb Salahov