EN

Ölkə ərazisində 55 cinayət faktı qeydə alınıb – DİN məlumat yaydı

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 20-də respublika ərazisində ümumilikdə 55 cinayət hadisəsi qeydə alınıb. Həmin cinayətlərin və əvvəlki dövrlərdən bağlı qalan 13 faktın üstü polis əməkdaşları tərəfindən açılıb.

Axtarışda olan ümumilikdə 147 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq müvafiq qurumlara təhvil verilib.

Həmin gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 32, silah-sursatın qanunsuz saxlanılması və aşkarlanması ilə bağlı isə 11 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Chosen
5
news365.az

1Sources