Bu gün Bakıda ilk dəfə UFC turniri təşkil ediləcək.
Bizim.Media xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night"də 12 döyüş baş tutacaq.
Gecəyə saat 20:00-da start veriləcək.
Turnirdə Azərbaycan 3 döyüşçü ilə təmsil olunacaq. Tarixi gecədə ikinci ən vacib döyüş reytinq cədvəlinin 11-cisi olan Rafael Fiziyevlə çilili İqnasio Baxamondes arasında keçiriləcək. Digər təmsilçimiz Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə münasibətinə aydınlıq gətirəcək. UFC-nin debütantı Tofiq Musayev isə qırğız Mıktıbek Oralbayla üz-üzə gələcək.
"UFC Fight Night"in əsas döyüşü isə keçmiş yarım ağır çəki çempionu Camaal Hilllə sabiq kəmər iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.
Bizim.Media