Türkiyəli aktrisa Bergüzar Korel son zamanlarda xeyli çəki atıb.
Far.Az xəbər verir ki, o 8 ayda 25 kiloqram çəki atıb. 42 yaşlı 3 uşaq anası istirahətindən fotoları izləyiciləri ilə bölüşüb.
Şəkillərdə Bergüzar fit və qüsursuz görünüşü ilə diqqət çəkib.
Aktrisa bildirib ki, arıqlamaq üçün heç bir əməliyyat etdirməyib. O gündə iki saat yürüş edib, bir saat isə hovuzda üzüb.
Bergüzar hazırda Marmarisdə istirahət edir. Aktrisa hamiləlikdən sonra 10 kiloqram çəki aldığı etiraf etmişdi.
Qeyd edək ki, 2009-cu ildə həmkarı Halit Ergençlə ailə quran aktrisanın Ali, Han və Leyla adlı övladları var.