EN

Barselona braziliyalı müdafiəçini alacaqmı?

ain.az bildirir, Fanat portalına istinadən.

"Barselona" "Monako"nun sağ cinah müdafiəçisi Vandersonu heyətinə qata bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "L’Équipe" yayıb.

Məlumata görə, 23 yaşlı braziliyalının oyun tərzi həm "blauqrana"nın baş məşqçisi Hans-Diter Flikin, həm də klubun idman direktoru Dekunun diqqətini çəkib. Mənbə İspaniya nəhənginin başqa oyunçuların satışından gəlir əldə edəcəyi halda, Vandersonun klubuna rəsmi təklif göndərəcəyini vurğulayıb.

Daha öncə cənubi amerikalı arxa xətt oyunçusu ilə "Liverpul"un da maraqlandığı barədə məlumatlar yayılıb. "Qırmızılar"ın Vandersonu bu yay azad agent qismində "Real Madrid"ə qoşulan Trent Aleksander-Arnoldun mövqeyində oynatmaq üçün nəzərdən keçirdikləri bildirilib.

Geridə qalan mövsümdə bütün turnirlərdə 41 matça çıxan Vanderson 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
fanat.az

2Sources