EN

İKTA: 26 internet provayderi tarif dəyişikliyi barədə öncədən məlumat açıqlamır

Azərbaycanda 26 internet operator və provayderlərin veb-saytlarında yeni internet xidmətinə qoşulma prosesinin statusunun izlənilməsi, aylıq internet tariflərindəki dəyişikliklər barədə istifadəçilərin ən azı bir hesablaşma dövrü əvvəlcədən məlumatlandırılması və şikayət prosesinin bir hissəsi olan addımlar haqqında məlumatın verilməsi xidmətləri mövcud deyil.

Bu barədə "APA-Economics"ə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.

Eyni zamanda 18 internet operator və provayderində internet hesab-fakturasının ümumi məbləğinə daxil olan komponentlərin istifadəçilərə izahının olmaması, onların 24-də yeni istifadəçinin internet xidmətinə qoşulması üçün təxmini müddət barədə məlumatın, 25-də yeni istifadəçinin internet xidmətinə qoşulması üçün təxmini müddət barədə məlumatın, 25-də şikayətdə bildirilən problemlərinin növünün, 25-də planlaşdırılan internet kəsintilərinin istifadəçilərə əvvəlcədən ictimai elanlar və ya birbaşa bildiriş vasitəsilə çatdırılmasının, 25-də şikayət etmək üçün lazım olan sənədlərin siyahısının olmadığı bildirilib.

İnternet operator və provayderlərinin rəsmi veb-saytları üzrə Mövcuddur Mövcud deyil
Veb-sayt 26 0
Kommersiya istifadəçiləri üçün aylıq internet tarifləri ilə onlayn tanış olma imkanı 22 4
İnternetə qoşulma haqqını elektron ödəniş üsulları ilə ödəmə 19 7
İnternet xidmətləri ilə bağlı problemləri bildirmək üçün internet xidməti provayderi səviyyəsində şikayət mexanizmi 14 12
Yeni internet bağlantısı üçün tələb olunan addımlarla bağlı məlumat 13 13
“E-Şikayət” sistemi ilə bağlı məlumat 12 14
İnternetə qoşulma üçün tələb olunan sənədlərin siyahısı 12 14
“SpeedTest” ölçmələri üçün keçid 7 19
İnternet hesab-fakturasının ümumi məbləğinə daxil olan komponentlərin istifadəçilərə izahı 8 18
Yeni internet qoşulmasına tamamilə onlayn şəkildə müraciət imkanı 2 24
Yeni istifadəçinin internet xidmətinə qoşulması üçün təxmini müddət barədə məlumat 1 25
Şikayətdə bildirilə bilən problemlərin növü 1 25
Planlaşdırılan internet kəsintilərinin istifadəçilərə əvvəlcədən ictimai elanlar və ya birbaşa bildiriş vasitəsilə çatdırılması 1 25
Şikayət etmək üçün lazım olan sənədlərin siyahısı 1 25
Yeni internet xidmətinə qoşulma prosesinin statusunun izlənilməsi 0 26
Aylıq internet tariflərindəki dəyişikliklər barədə istifadəçilərin ən azı bir hesablaşma dövrü əvvəlcədən məlumatlandırılması 0 26
Şikayət prosesinin bir hissəsi olan
addımlar haqqında məlumat
0 26

Qeyd edək ki, İKTA tərəfindən internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin veb-saytlarının təhlili həyata keçirilib. Müxtəlif kateqoriyalar üzrə təhlillər ümumilikdə bazarın 90%-dən çox hissəsini əhatə edən 26 operator və provayderin internet informasiya ehtiyatları üzrə aparılıb.

Chosen
17
5
apa.az

10Sources