EN

Qüdrət Həsənquliyev: Zəngəzur dəhlizinin açılması ilə yeni imkanlar yaranır

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

"Naxçıvan uzun illərdir Azərbaycanın digər bölgələri ilə müqayisədə bir qədər geridə qalıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, bu səbəbdən bəzən Naxçıvan “məmurlar, nazirlər ölkəsi” kimi təqdim olunub.

" Mən tələbə vaxtı Bakıya gələndə, həmçinin regionlara səfər edəndə müxtəlif növ tikililər gördüm. Naxçıvanda isə binanın küncünə kimsə iki "kubik" qoyurdusa iki ay onu sorğuya çəkirdilər".

Naxçıvanın balaca yer olduğunu deyən deputat bildirib ki, onun muxtar statusunun saxlanılmasına ehtiyacın olub-olmadığı nəzərdən keçirilməlidir:

"Artıq Zəngəzur dəhlizinin açılması ilə yeni imkanlar yaranır və bu kontekstdə muxtariyyət məsələsi də yenidən dəyərləndirilməlidir".

Eyni zamanda parlamentari söyləyib ki, bölgədəki sosial-iqtisadi məsələlər də diqqət mərkəzində saxlanmalıdır:

"İnsanların evində qaz xətti olsa da, qaz pulunu ödəyə bilmədikləri üçün odun yandırmaları acı reallıqdır. Naxçıvanda sadəcə inzibati vəzifələr üçün deyil, real iş imkanları üçün addımlar atılmalıdır".

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
bakivaxti.az

1Sources