EN

Putin İran və İsrail arasındakı ziddiyyətlərin həlli imkanlarından danışıb

Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin İsrail və İran arasında gərginliyin aradan qaldırılması yollarından danışıb.

Rusiya lideri ilə müsahibəni Sky News Arabia yayımlayıb.

Yaxın Şərqdəki vəziyyəti şərh edən Rusiya prezidenti qeyd edib ki, tərəflər arasında gərginliyin aradan qaldırılması üçün imkanlar var.

“İsrailin hər hansı narahatlığı varsa, o zaman onları həll etmək lazımdır və bu narahatlıqları həll etmək üçün formalar və imkanlar var”, – Putin deyib.

Bundan əvvəl o, İranda nüvə silahının hazırlanmasını qadağan edən fətvanın qəbulunun böyük əhəmiyyət kəsb etdiyini bildirib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
50
dogru.az

10Sources