Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ildə AvropaSiyasi Birliyinin zirvə-toplantısında iştirak etməsi üçün Türkiyəprezidenti Rəcəb Tayyip Ərdoğanı Ermənistana dəvət etmək niyyətindəolduğunu deyib.
Trend xəbər verirki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumatyayıb.
“Mən bu səfərə görə Türkiyə prezidentinə təşəkkür etməyəhazırlaşıram. Həmçinin onu 2026-cı ilin baharında Ermənistandakeçiriləcək Avropa Siyasi Birliyinin zirvə-toplantısında iştirakadəvət etməyə hazırlaşıram. Tarix hələ ki, müəyyənləşdirilməyib. Butədbir Ermənistanda, o cümlədən elə Türkiyənin vasitəçiliyisayəsində keçiriləcək. Yəni, ümidvaram ki, bizim növbəti görüşümüzgələn il artıq Ermənistanda baş tutacaq”, - deyə Ermənistan başnaziri İstanbuldakı erməni icması qarşısında çıxışı zamanıdeyib.
Özünün Türkiyəyə səfərinə gəlincə, Paşinyan hesab edir ki, busəfərdən həddən artıq gözləntilərin olmamalıdır. Bununla belə o,görüşün ilk dəfə bu formatda baş tutması faktının pozitiv bir halolduğunu dilə gətirib.