EN

Cərimələrin 5 faizi xüsusi fonda əlavə ediləcək

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizi onların sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə olunacaq.

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Polis haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qeyd edilib ki, dəyişikliyin məqsədi polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi daşıyır.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. 

Anar Kəlbiyev
 

Chosen
5
9
unikal.az

10Sources