EN

Naxçıvanın muxtariyyət məsələsi ilə bağlı deputatlar arasında mübahisə

ain.az bildirir, Unikal.az portalına istinadən.

“Qüdrət müəllim burada muxtariyyət məsələsini qaldırdı. Siz bu məsələni həmişə qaldırırsınız. Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq  edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı parlament sədrinin müavini Ziyafət Əsgərov deyib.

“1992-ci ildə siz hakimiyyətdə olanda bu məsələni qaldırdınız. Nə baş verdi? Allah üzümüzə baxdı ki, Heydər Əliyev gəldi və Naxçıvanda Ali Məclisin sədri oldu. Olmasaydı nə olacaqdı? Naxçıvan MR-ə muxtariyyət statusunun verilməsi məhz Heydər Əliyevin ustalığı nəticəsində Naxçıvanın ərazisinin itirilməsini qarşısını aldı. Təsəvvür edin, bir dənə Sədərək rayonu İran, Ermənistan və az qismi Türkiyə ilə həmsərhəddir. Biz bu muxtariyyəti ləğv edək və ataq kimlərin ağuşuna? Başa düşürəm, deputat dediyi sözə görə məsuliyyət daşımır, amma gəlin bir az məsuliyyətli olaq. Bir də bu söz çox təkrar olunur ki, Azərbaycan unitar dövlətdir və onun tərkibində muxtariyyət ola bilməz. Bu qətiyyən yalnış fikirdir”, - deyə Ziyafət Əsgərov bildirib.

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, doğrudan da deputat da, vitse-spiker də danışanda məsuliyyətli olmalıdır:

“Zamanında mən bu parlamentdə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prisnipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla bunun tam əksini sübut etməyə çalışırdı. Stenoqramlarda bu çıxışlar var. Zamanla burada mənim qaldırdığım çox məsələlər sonradan öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə bağlı məsələ də nə vaxtsa öz həllini tapacaq. İkincisi isə, təklif vermək, təşəbbüslə çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın, xalqımız bunu qəbul edəcəksə edəcək, etməyəcəksə də etməyəcək. Buna görə də doğrudan da məsuliyyətli olmaq lazımdır”.

Ziyafət Əsgərov isə həmkarının fikri ilə razılaşmayıb: “Siz həmişə Naxçıvanın muxtariyyətinin ləğvini tələb etmisiz, mən isə hər zaman Naxçıvanın muxtariyyətini müdafiə etmişəm. Götürün stenoqramlara baxın”.

Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
6
unikal.az

8Sources