Hindistanın Odişa ştatında balıqçı kişi nadir rast gəlinən çox sayda balıq tutaraq bir gecədə milyonçu olub.
Milli.Az xəbər verir ki, Balasore bölgəsində yaşayan balıqçı ov zamanı hər biri 20 kiloqramdan artıq olan 29 ədəd nadir Telia Bhola balığı tutub.
Balıqçı ovunu hərraca çıxardığı zaman izdiham yaranıb. Nadir balıqları görmək üçün turistlər və yerli sakinlər toplaşıblar. Elə həmin gün balıqlar satılıb. Müəyyən bir şirkət 29 balıq üçün 3,3 milyon rupi (65 min manatdan çox) məbləğində vəsait ödəyib.
Hadisə yerli sakinlər və turistlər arasında böyük marağa səbəb olub.
Qeyd edək ki, Telia Bhola balığı yüksək müalicəvi əhəmiyyətə malikdir. Bu balıqdan hazırlanan maddələr ciddi xəstəliklərin müalicəsində istifadə olunur.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
