EN

"Sabah"ın Sloveniya təmsilçisi ilə oyunlarının vaxtı açıqlandı

"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Selye"yə qarşı keçirəcəyi oyunların vaxtı açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Azərbaycan klubu ilə Sloveniya təmsilçisi arasında ilk matç iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq və saat 20:00-da başlayacaq.

Cavab görüşü isə iyulun 17-də Sloveniyada oynanılacaq və saat 22:00-da start götürəcək.

Chosen
11
2
operativmedia.az

10Sources