EN

“Bir millət, iki dövlət” anlayışının yalnız şüar olmadığı,əməldə də öz təsdiqini tapdığını göstərir- ÖZƏL

"Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və çıxışında ifadə etdiyi fikirlər Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin təkcə siyasi və hərbi sahədə deyil, humanitar və ümumilikdə bütün aspektlərdə möhkəm bağlarla birləşdiyinin əyani sübutudur."

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında bildirib:

"Tarixin bütün mərhələlərində bir-birinin dar günündə qardaşlıq əlini uzatmaq və ən çətin anında yanında olmaq Azərbaycan və Türkiyə üçün xarakterik haldır. Bütün bunlardan daha önəmlisi isə bu münasibətlərin tarixdən gələn ortaq dini, milli dəyərlərə və humanist yanaşmaya əsaslanmasıdır ki, bu da iki qardaş ölkəyə xas olan xüsusiyyətdir.

Dünyada baş verən mürəkkəb proseslər, ən əsası isə regionumuza qədər gəlib çatan qeyri-sabitlik və münaqişələr ənənəvi yanaşmaların artıq köhnəldiyini, beynəlxalq hüququn təsirsizləşdiyini, gücün və müasir texnologiyaların effektivliyini, etibarlı və səmimi qonşuluq münasibətlərinin isə həyati əhəmiyyət daşıdığını sübut edir. Bu baxımdan da regionda Türkiyə kimi etibarlı və güvənilən bir qardaş ölkənin mövcudluğu, istənilən anda və qısa müddətdə bir-birinin köməyinə gəlməsi mürəkkəb geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıyır.

Bu ilin 28 may tarixində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində birgə iştirakı da "Bir millət, iki dövlət" anlayışının yalnız şüar olmadığını, əməldə də öz təsdiqini tapdığını göstərir. Bu, həm xoş, həm də çətin günlərimizdə qardaş ölkələrin bir-birinin yanında olmasının zəruriliyini nümayiş etdirir. Artıq uzun illərdir davam edən bu qarşılıqlı təşəbbüslər özünəməxsus ənənəyə çevrilmişdir.

Azərbaycan və Türkiyə bu gün bütün dünyada etibarlı tərəfdaş və sarsılmaz müttəfiqlik münasibətlərinə malik dövlətlər kimi tanınır və qəbul olunur. Bu bağları möhkəmləndirən əsas amillərdən biri də xalqlarımızın qardaşlıq ruhunda bir-birinə bəslədiyi səmimi sevgidir. Dünyada nüfuzu ildən-ilə artan ölkələrimiz Türk dünyası üçün də lider mövqedə çıxış edərək, bir-birindən ayrı düşmüş, oxşar tarixi kimliyə malik dövlətləri ortaq amal uğrunda birləşdirməyə səy göstərir və vahid güc kimi çıxış etmək potensialını nümayiş etdirir."

 

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
75
olaylar.az

1Sources