EN

KDÇ-də narhatlıq: İsti havalar FİFA-nı hərəkətə keçirdi

ABŞ-də təşkil edilən klublararası dünya çempionatı çərçivəsində keçiriləcək növbəti 10 oyunun iştirakçıları güclü istiyə məruz qala bilərlər.

Publika.az xəbər verir ki, “Real” – “Paçuka” (23 iyun) və “Benfika” – “Bayern” (25 iyun) oyunlarının keçiriləcəyi Şarlottadakı “Bank of Amerika” stadionunda baş tutacaq matçlar xüsusi narahatlıq doğurur. Bu oyunlar zamanı havanın temperaturunun müvafiq olaraq 38 və 41 dərəcə olacağı gözlənilir.

FIFA bildirib ki, komandalarla birlikdə hava şəraitini diqqətlə izləyir və həm futbolçuların, həm də azarkeşlərin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görür.

Bundan əvvəl "PSJ" – "Atletiko" (4:0) matçında da bəzi azarkeşlər istiyə görə stadionu tərk edib və uzun növbələrdən, su çatışmazlığından şikayətlənmişdilər. Oyun 32 dərəcə istidə keçirilib.

Chosen
24
publika.az

1Sources