İyunun 25-dən 28-dək İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan 2017-ci ildən keçirilən bu yarışda ilk dəfə tam heyətlə - 39 güləşçiylə iştirak edəcək.
Reqlamentə əsasən, ölkələr hər növdə 13 idmançıyla təmsil oluna bilər. 2022-ci ildən bu yana sərbəst və yunan-Roma güləşində U-15 Avropa çempionatlarında tam heyətlə mübarizə aparırdıqsa, bu dəfə qadın güləşində tam heyətlə təmsil olunacağıq.
Məsul yarışa sərbəst güləşçilər start verəcək. Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında Sərxan Musayev, Cavanşir Süleymanov (hər ikisi 38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Tunar Sultanzadə, Əkbər Əsgərov (hər ikisi 48 kq), Yusif Hüseynov (52 kq), Muraz Hüseynov, Elcan Həsənov (hər ikisi 57 kq), Məhəmməd Həsənli (62 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Elgün Kərimli (85 kq) uğur qazanmağa çalışacaq.
İyunun 26-da böyük məşqçilər Həsrət Məmmədyarovla Solmaz Adilovanın rəhbərliyi altında qızlar mübarizəyə qoşulacaq. Heyətdə Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Leyla Əsgərova (39 kq), Gülnar Ağadadaşova, Yağmur Məlikli (hər ikisi 42 kq), Nuray Cəfərli, Məryəm Hacıyeva (hər ikisi 46 kq), Günel Kərimli, Aişə Cabbarova (hər ikisi 50 kq), Məryəm Əmrəli (54 kq), İnci Abdullayeva (58 kq), Rəna Nuriyeva (62 kq) və Simurə Abdullayeva (66 kq) yer alıb.
Qitə birinciliyinə yunan-Roma güləşçiləri yekun vuracaq. Böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Taleh Məmmədovun rəhbərliyi altında Hüseyn Əmrahlı, Xudayar Kərimli (hər ikisi 38 kq), Rahib Əhmədov (41 kq). Ömər Salmanov (44 kq), Vəkil Bəşirov 48 kq), Qurban Məcnunov, Hüseyn Mustafazadə (hər ikisi 52 kq), İbrahim Məmmədzadə (57 kq), Nadir Həsənov (62 kq), Əli Məmmədov (68 kq), Ruslan Nuruyev (75 kq), Məhəmməd Orucov və Zöhrab Səfərov (hər ikisi 85 kq) xalçaya çıxacaq.
Hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq yarışı idarə edəcək hakimlər sırasında III kateqoriyaya sahib Kənan Hacıəliyev və Sevinc Yusibova da yer alacaq.
Millimiz Eyndhoven kubokundan 3 medalla qayıdır
Boksçularımız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar
Boksçumuz Qazaxıstanda bürünc medal qazanıb
Eyndhoven Kubokuna 5 boksçu ilə
Millimiz Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək