“River Pleyt”in (Argentina) baş məşqçisi Marselo Qalyardo Klublararası Dünya Çempionatı öncəsi Kirştiano Ronaldoya təklif göndərdiyini açıqlayıb.
Futbolpress.az xəbər verri ki, mütəxəssis bununla bağlı jurnalist Veronika Brunatiyə danışıb:
“Ronaldoya bizimlə Klublararası Dünya Çempionatında oynamağı təklif etmişdim. Bu, dostumun vasitəsilə həyata keçirildi. Lakin Ronaldo bir müddət düşünüb, sonra “yox” dedi. O, yeni mövsümə hazırlamağa qərar verdi”.
Ronaldo “Əl Nəsr”də çıxış edir.