Finss.az - İyunun 21-də Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit və Albaniya Milli Turizm Agentliyinin baş direktoru Zana Çela imzayıblar.
Memorandum turizm subyektləri arasında əməkdaşlıq, qarşılıqlı təbliğat, yeni təşəbbüslərin dəstəklənməsi, mədəniyyətlərarası dialoq və dayanıqlı turizmin inkişafını hədəfləyir. Sənəddə COP29 çərçivəsində qəbul olunmuş iqlim fəaliyyəti prinsiplərinə uyğun olaraq ekoloji cəhətdən məsuliyyətli turizm təşəbbüslərinin dəstəklənməsi, dənizkənarı və dağlıq ərazilərdə ilboyu turizmin inkişafı əsas prioritetlər sırasındadır.
HÉ™mçinin memorandumda ölkÉ™lÉ™rin turizm potensialının tanıdılması vÉ™ qarşılıqlı turist axınının artırılması mÉ™qsÉ™dilÉ™ mÉ™lumat vÉ™ tÉ™crübÉ™ mübadilÉ™si, marketinq É™mÉ™kdaÅŸlığı, peÅŸÉ™kar bacarıqların artırılması, turizm yarmarkaları, ixtisaslaÅŸmış “turizm günlÉ™ri”, tÉ™lim, sÉ™rgi vÉ™ forumların təşkili, media nümayÉ™ndÉ™lÉ™ri üçün tanıtım turlarının keçirilmÉ™si kimi birgÉ™ fÉ™aliyyÉ™tlÉ™r É™ksini tapır.