EN

Azərbaycanda internet operator və provayderlərin veb saytlarının təhlilinin nəticələri açıqlanıb

ain.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycanın internet bazarın 90 %-dən çoxunu əhatə edən 26 operator və provayderdən yalınız 2-sinin saytında yeni internet qoşulması üçün tamamilə onlayn şəkildə müraciət imkanı var.

525.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir, bu, Agentliyin qeyd edilən internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin veb-saytlarının təhlilini aparan zaman müəyyən olunub.

Bildirilir ki, qeyd edilən operator və provayderlərin saytlarının 22-də kommersiya istifadəçiləri üçün aylıq internet tarifləri ilə onlayn tanış olma imkanı mövcuddur, 19-da internetə qoşulma haqqını elektron ödəniş üsulları ilə ödəmək mümkündür, 14-də internet xidmətləri ilə bağlı problemləri bildirmək üçün internet xidməti provayderi səviyyəsində şikayət mexanizmi var.

Ətraflı məlumat aşağıdakı cədvəldə əks olunub:

İnternet operator və provayderlərinin rəsmi veb-saytları üzrə

Mövcuddur

Mövcud deyil

Veb-sayt

26

0

Kommersiya istifadəçiləri üçün aylıq internet tarifləri ilə onlayn tanış olma imkanı

22

4

İnternetə qoşulma haqqını elektron ödəniş üsulları ilə ödəmə

19

7

İnternet xidmətləri ilə bağlı problemləri bildirmək üçün internet xidməti provayderi səviyyəsində şikayət mexanizmi

14

12

Yeni internet bağlantısı üçün tələb olunan addımlarla bağlı məlumat

13

13

“E-Şikayət” sistemi ilə bağlı məlumat

12

14

İnternetə qoşulma üçün tələb olunan sənədlərin siyahısı

12

14

“SpeedTest” ölçmələri üçün keçid

7

19

İnternet hesab-fakturasının ümumi məbləğinə daxil olan komponentlərin istifadəçilərə izahı

8

18

Yeni internet qoşulmasına tamamilə onlayn şəkildə müraciət imkanı

2

24

Yeni istifadəçinin internet xidmətinə qoşulması üçün təxmini müddət barədə məlumat

1

25

Şikayətdə bildirilə bilən problemlərin növü

1

25

Planlaşdırılan internet kəsintilərinin istifadəçilərə əvvəlcədən ictimai elanlar və ya birbaşa bildiriş vasitəsilə çatdırılması

1

25

Şikayət etmək üçün lazım olan sənədlərin siyahısı

1

25

Yeni internet xidmətinə qoşulma prosesinin statusunun izlənilməsi

0

26

Aylıq internet tariflərindəki dəyişikliklər barədə istifadəçilərin ən azı bir hesablaşma dövrü əvvəlcədən məlumatlandırılması

0

26

Şikayət prosesinin bir hissəsi olan

addımlar haqqında məlumat

0

26

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
3
525.az

10Sources