EN

Putin Ukraynada münaqişənin həlli üçün şərtləri açıqlayıb

Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ukrayna böhranını həll etmək üçün Ukraynada nüvə silahının yaranması ehtimalını istisna etmək lazımdır”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Sky News” telekanalına müsahibəsi zamanı deyib.

“Ukraynanın neytrallığını qorumaq, heç bir xarici ittifaqlara qoşulmadığını bəyan etmək, həmçinin nüvə silahı əldə etmək imkanını istisna etmək lazımdır”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, tələblər regionda uzunmüddətli sabitliyin əsasına çevriləcək. 

Putin qeyd edib ki, bu və digər şərtlərə məhəl qoymamaq silahlı münaqişənin yenidən başlanması ehtimalı deməkdir. 

Daşqın Həsənov

Missiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
50
missiya.az

10Sources