EN

"Sabah" klubu əlcəzairli legioner aldı - VİDEO

BAKI. 21 iyun. TELEQRAF

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Akim Zedadka ilə 2 illik müqavilə imzalanıb.

O, karyerası ərzində Fransanın "İstr" (2014-2015), "Lans" (2016-2017), "Sen-Remuaz" (2017-2018), "Marinyan" (2018-2019), "Klermon" (2019-2022), "Lill" (2022-2025), "Oser" (2022-2023), İspaniyanın "Saraqosa" (2024) və Polşanın "Pyast" (2025) klublarında oynayıb.

Zedadka "Sabah"da 80 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Akim Zedadka 2022-ci ildə Əlcəzair millisinə çağırılıb və İranı 2:1 hesabı ilə yendikləri yoldaşlıq görüşündə forma geyinib.

Chosen
25
15
teleqraf.com

10Sources