EN

"Sabah" fransalı müdafiəçini transfer etdi

"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "Unikal"a bildirilib ki, fransalı müdafiəçi Akim Zedadka ilə 2 illik müqavilə imzalanıb.

O, karyerası ərzində ölkəsinin "İstr" (2014-2015), "Lans" (2016-2017), "Sen-Remuaz" (2017-2018), "Marinyan" (2018-2019), "Klermon" (2019-2022), "Lill" (2022-2025), "Oser" (2022-2023), İspaniyanın "Saraqosa" (2024) və Polşanın "Pyaşt" (2025) kollektivlərində oynayıb.

Zedadka "Sabah"da 80 nömrəli formada çıxış edəcək.

Chosen
13
15
unikal.az

10Sources