EN

Fələstin səfiri Qarabağın gözəlliyinə heyran qalıb: Buraya sevinclə qayıdacağam

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Qarabağ Azərbaycanın bənzərsiz gözəlliyini nümayiş etdirir və mən buraya bir daha gəlməkdən məmnun olardım".

Oxu.Az xəbər verir ki, bu barədə "Report"un müxbirinə xarici diplomatik korpusun azad edilmiş ərazilərə səfəri çərçivəsində Fələstinin Azərbaycandakı səfiri Əhməd Bittani bildirib.

"Bu, həqiqətən, çox gözəl bölgədir", - diplomat qeyd edib.

Səfir, həmçinin azad edilmiş ərazilərin, xüsusilə də işğal zamanı dağıntıların miqyasına görə tez-tez "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhərinin tam bərpa olunacağına və erməni işğalının izlərinin silinəcəyinə ümidvar olduğunu deyib.

"Əminəm ki, gələcəkdə burada çox gözəl bir şəhər olacaq", - səfir vurğulayıb və gələcəkdə azad edilmiş ərazilərə bir daha böyük məmnuniyyətlə səfər edəcəyini söyləyib.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada səfərdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
oxu.az

1Sources