EN

“İnter Mayami” tarixi ilkə imza atdı

2025-ci il FIFA Klub Dünya Kubokunda iştirak edən MLS təmsilçisi “İnter Mayami” tarixi rekordu ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, sözügedən kollektiv bir Avropa klubunu rəsmi oyunda məğlub edə bilmiş ilk Şimali Amerika təmsilçisi olub.

“Vağlar” buna klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda “Portu” ilə oyunda (2:1) müvəffəq olublar.

“Tarixdə ilk dəfə olaraq MLS komandası rəsmi yarışda Avropa komandasını məğlub etdi. Rekordlar böyüməyə davam edirlər. İrəli, Mayami!” – ABŞ təmsilçisinin mətbuat xidməti klubun sosial şəbəkə hesabları üzərindən paylaşıb.

2 turdan sonra Mayami klubunun yer aldığı “A” qrupunda mənzərə belədir:

  1. “Palmeyras” – 4 xal;
  2. “İnter Mayami” – 4 xal;
  3. “Portu” – 1 xal;
  4. “Əl-Əhli” – 1 xal.
Chosen
3
arena.az

1Sources