EN

Belqradda Avropa Ravvinləri Konfransı keçiriləcək

Belqrad, 21 iyun, AZƏRTAC

Serbiyanın paytaxtı Belqrad Avropa Ravvinləri Konfransına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Ravvinləri Konfransı məlumat yayıb.

“Ləğv edilmiş konfransımıza ev sahibliyi etməyi təklif etdiyinə görə Serbiya Prezidenti Aleksandar Vuçiçə və xarici işlər naziri Marko Curiçə təşəkkür edirik. Serbiyanın jesti dialoqu, ləyaqəti və dini azadlığı güclü şəkildə təsdiqləyir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Avropa Ravvinləri Konfransının daha əvvəl Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilməsi nəzərdə tutulmuş, sonra ləğv edilmişdi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Chosen
25
1
azertag.az

2Sources