EN

“İsraillə Rusiya arasında qeyri-rəsmi bir centlmen sazişi var ki...”

“Rusiya İsrail-İran savaşından yalnız qısamüddətli fayda əldə edə bilər. Və bu savaşın çox uzanması Rusiya üçün faydalı olmayacaq...” 
 
“İsrail-İran müharibəsinin Rusiya üçün faydalı tərəfləri öncə ondan ibarətdir ki, dünyanın, xüsusən də Qərbin diqqəti Ukrayna cəbhəsindən yayınır. Ukraynaya dəstək azalır. Digər tərəfdən neftin qiyməti qalxdığından Rusiya buradan qazanclı çıxa bilər. Rusiyanın itkisi isə ondan ibarətdir ki, ilk növbədə İranın Ukraynanın işğalında ona dəstəyindən məhrum olur”.
 
Bu fikri Moderator.az-a açıqlamasında İsrail-İran savaşının Rusiyaya təsirindən danışan beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ifadə edib.
 
“İran geo-iqtisadi baxımdan, xüsusən “Bir kəmər - bir yol” layihəsinə görə Çinə də lazımdır. İranın ali dini rəhbəri ölkəsinin əsasən Çinə orientasiyasında maraqlı olub. Digər tərəfdən,  indiyədək Çin İrandan ucuz qiymətə neft alırdı. Və indiki şəraitdə Çin həmin nefti ala bilməsə, məcbur olub baha qiymətə Rusiyadan alacaq. Amma əgər bir müddət sonra İran bu böhrandan çıxsa, yenidən Çin nefti ucuz qiymətə bu ölkədən almalı olacaq...    
 
Bir sözlə, Rusiya İsrail-İran savaşından yalnız qısamüddətli fayda əldə edə bilər. Və bu savaşın çox uzanması Rusiya üçün faydalı olmayacaq. İsraillə Rusiya arasında qeyri-rəsmi bir centlmen sazişi də var ki, İsrail Ukraynaya dəstək vermir, Rusiya isə əvəzində İrana heç bir dəstək vermir”, -deyə davamında analitik bildirib.
 
Chosen
6
moderator.az

1Sources