EN

Tərsinə dayanan yol nişanı DYP tərəfindən qaydaya salındı- VİDEO

Dövlət Proqramı çərçivəsində uzunluğu 18 kilometrdən çox olan avtomobil yolları əsaslı təmir edilir

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində cari ildə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə yerli əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilib.

Belə ki, Naxçıvan şəhərinin Əliabad qəsəbədaxili, Şərur rayonunun Təzəkənd, Kəngərli rayonunun Xok və Şahtaxtı Gömrük avtomobil yollarında işlər yekunlaşdırılıb.

Təmir zamanı yol əsası yenidən tikilib, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına beton kanal çəkilib, su keçidləri inşa edilib. Avtomobillərin rahat hərəkəti üçün asfalt örtüyü salınıb.

Hazırda uzunluğu 6,8 kilometr olan Ordubad rayon Aza - Darkənd, uzunluğu 5,2 kilometr olan Şərur şəhərdaxili və uzunluğu 6,2 kilometr olan Babək rayon Nəhəcir-Göynük kənddaxili avtomobil yollarında işlər davam etdirilir.

Tender mərhələsində olan yollarda vardır ki, həmin proses yekunlaşdıqdan sonra Naxçıvan şəhərinin bir neçə küçəsində və Muxtar respublikanın digər rayon və kənd yollarında da təmir işləri aparılacaq.

Chosen
2
avtosfer.az

1Sources