Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfərinin yekununa dair paylaşım edib.
Hikmət Hacıyev öz "X" hesabında bununla bağlı təəssüratlarını bölüşüb.
"Diplomatik korpusla Laçın-Şuşa-Ağdama səfərimiz Ağdam-Bakı qatarına minməzdən əvvəl Ağdam dəmiryolu vağzalının qarşısında ailə fotiosunun çəkilməsi ilə başa çatdı", - deyə o, paylaşımda bildirib.
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Qarabağ və Şərqi Zəngəzur regionuna iki günlük səfər ediblər.
Tarix: 21 İyun 2025, 17:50