Azərbaycanın karate millisi "KWU- SENSHI" (Dünya Kyokuşin Birliyi) üzrə Dünya Kuboku və beynəlxalq yay düşərgəsinə qatılacaq.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidməti məlumat yayıb.
AKF-nin nəzdində fəaliyyət göstərən "KWU-WFKF" üzrə milli iyulun 6-dan 13-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək Dünya Kubokunda və 19-cu beynəlxalq yay təlim-məşq toplanışında iştirak edəcək.
Yığma bu mötəbər beynəlxalq tədbirə baş məşqçi Vidadi Xəlilovun rəhbərliyi altında hazırlaşır.