EN

Hikmət Hacıyev xarici diplomatlarla Qarabağa səfəri ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfərinin yekununa dair paylaşım edib.
 
Moderator.az-ın xəbərinə görə, Hikmət Hacıyev öz "X" hesabında bununla bağlı təəssüratlarını bölüşüb.
 
"Diplomatik korpusla Laçın-Şuşa-Ağdama səfərimiz Ağdam-Bakı qatarına minməzdən əvvəl Ağdam dəmiryolu vağzalının qarşısında ailə fotiosunun çəkilməsi ilə başa çatdı", - deyə o, paylaşımda bildirib.
 
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Qarabağ və Şərqi Zəngəzur regionuna iki günlük səfər ediblər.
 

 

Chosen
3
6
moderator.az

9Sources