EN

Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma ilə bağlı yeni faktlar açıqlanıb - MƏHKƏMƏ

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 21-də davametdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyathakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasa təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlarqatılıblar.

Məhkəmə iclasında 2007-2020-ci illərdə Azərbaycanın vaxtiləErmənistan işğalı altında olan ərazilərində yaradılmış qondarmaqurumun “rəhbəri” olmuş Bako Sahakyana növbəti suallar ünvanlanıb.Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlininsuallarını cavablandıran B.Sahakyan vaxtilə “Hayastan” ümumermənifondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti LevonTer-Petrosyanın fərmanı ilə yaradılıb – red.) üzvlərindən biriolduğunu təsdiqləyib.

O, Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun“rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib.

Təqsirləndirilən şəxs fonda dünyanın müxtəlif ölkələrindəyaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olanbiznesmenlərin ianələr etdiklərini diqqətə çatdırıb. “Avropaərazisində radio, Amerikada isə hər il televiziya vasitəsilətədbirlər keçirilirdi. Bu tədbirlər zamanı vəsaitlər toplanırdı”, -deyə o əlavə edib.

B.Sahakyan bildirib ki, fonda yığılan vəsaitlərin bir hissəsiErmənistanda, bir hissəsi isə qondarma rejimdə müxtəlif işləringörülməsinə (infrastruktur, səhiyyə, təhsil) sərf olunub. O, fondungördüyü işlərdən birini də açıqlayıb. Bildirib ki, fondun vəsaitihesabına Ermənistandan Xankəndiyə iki yol çəkilib. Bunlarİrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistralyollarıdır.

Prokurorun sualını cavablandıran B.Sahakyan Ermənistandanverilən hərbi texnikaların həmin magistral yollarla Azərbaycanınvaxtilə işğal altında olan ərazilərinə gətirildiyini dətəsdiqləyib. Bildirilib ki, fondun vəsaitlərinin bir hissəsi isəAzərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuzməskunlaşmaya sərf edilib.

Məhkəmə prosesinin davamında Azərbaycanın vaxtilə Ermənistansilahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuzməskunlaşma aparılması sübuta yetirilib.

Eyni zamanda, vaxtilə işğal altında olmuş ərazilərdə qanunsuzməskunlaşma aparılmasına dair bir sıra sənədlər, o cümlədənAzərbaycan Respublikasının Müdafiə Nazirliyindən, Xarici KəşfiyyatXidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olan vəistintaq materiallarına əlavə edilmiş sənədlər tədqiq edilib.

Sənədlərlə əksəriyyəti Suriya və Livan, habelə bəzi digərölkələrin vətəndaşlarının Azərbaycanın vaxtilə işğalda olanərazilərində qanunsuz şəkildə məskunlaşdırıldığı təsdiqlənib. Buərazilərə Azərbaycanın Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı rayonlarıvə digər yerlər daxildir. Məhkəmədə qanunsuz məkunlaşmış şəxslərinSuriya, Liviya və digər ölkələrdə anadan olmalarını sübuta yetirənpasportların surətləri də nümayiş etdirilib.

Ermənilər tərəfindən hazırlanmış və məhkəmədə tədqiq edilənvideomaterialda danışan şəxs aşpaz olduğunu, Beyrutdan gəldiyinibildirərək deyib: “Mən Beyrutdan gəlmişəm. Ermənistan vasitəsiləQarabağa gəldim. Adım Toni Hacardır. Gəldim və gördüm ki, bura çoxyaxşıdır. Bizə ev verdilər. Burada işləmək üçün kifayət qədər imkanvar”.

Digər videomaterialda Şuşa “icra hakimiyyətinin nümayəndəsi”Elik Harutunyan bildirir ki, yerli “hökumət” (qondarma rejiminəzərdə tutur – red.) Toni Hacari ailəsinə müvəqqəti mənzil verib,onların kommunal xərclərini ödəyir. Növbəti günlərdə isə “hökumət”Hacari ailəsinə ev verəcək.

“Nümayəndə” qeyd edir ki, 10 il həmin orada yaşadıqdan sonrahəmin ev onların özəl mülkiyyətinə çevriləcək.

Tədqiq edilən növbəti sənədə əsasən, qondarma rejim 2001-ci ildəqanunsuz məskunlaşdırma planı ilə bağlı 10 illik proqramıtəsdiqləyib. Orada qanunsuz məskunlaşdırmanın məqsədləri və coğrafiəraziləri göstərilib. Həmin layihəyə əsasən, 10 min mənzil, 200məktəb və digər ictimai müəssisələr tikilməli, su xətləri, yollarvə digər infrastruktur qurulmalı idi. Qeyd edilib ki, “Tüfəngiyan”fondu Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində 2003-cüildə fəaliyyətə başlayıb. Layihənin əsas məqsədləri “məskunlaşma vəiqtisadi inkişaf” olub. Bu məqsədlə təxminən 4 milyon ABŞ dollarıməbləğində sərmayə qoyulub.

B.Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtiləişğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının,habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərəkməskunlaşdırıldığını deyib.

B.Sahakyan söyləyib ki, bu işlərlə qondarma qurumun “sosialmüdafiə nazirliyi” məşğul olub.

“Əvvəllər “dövlət miqrasiya xidməti” “sosial müdafiənazirliyi”nin tabeliyində idi. Amma sonradan bu struktur ayrıldı.Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki BirinciQarabağ müharibəsindən sonra əhalinin sayı kəskin şəkildəazalmışdı”, - deyə o əlavə edib.

B.Sahakyan daha sonra qeyd edib: “Bu layihələr o qədər dəcəlbedici deyildi ki, adamlar canfəşanlıqla gəlsinlər, qəbuletsinlər, bu layihələrə cəlb olsunlar. Adamlar olurdu ki,gəlirdilər, ərazi ilə tanış olurdular və sonra burada qalmamaq(məskunlaşmamaq – red.) barədə qərar verirdilər. Çünki istənilənailə üçün bu cür qərar verməklə bağlı da müəyyən səbəblər var.İnfrastruktur, səhiyyə təminatı, məktəblər olmalıdır”.

O, qanunsuz məskunlaşdırma üçün gətirilən şəxslərə imtiyazlarınverildiyini, onlarla bağlı bir sıra təşviqedici hərəkətlər icraolunduğunu da etiraf edib. Bu sıraya müxtəlif kompensasiyalar,vergi güzəştləri və s. Daxil idi.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qondarma rejiminərazisində elə yerlər olub ki, bir kvadratkilometrdə bir nəfəryaşayıb. O, layihənin uğurla başa çatmadığını da bildirib. Əlavəedib ki, əhalinin sayını 200 minə çatdırmaq istəsələr də, bu mümkünolmayıb.

B.Sahakyan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərindəağacların kəsildiyini də təsdiqləyib və deyib: “Meşələrinkəsilməsinin harada aparılmasına ehtiyac yaranırdısa, bu, yalnızaidiyyəti “nazirliyin məsul şəxslərinin icazəsi” ilə həyatakeçirilə bilərdi. Amma konkret ağac növü də deyə bilmərəm”.

O, ağacların ixtisaslaşmış şirkətlər tərəfindən şərabçılıqşirkətlərinə satılmaq üçün kəsildiyini də etiraf edib: “Müxtəlifölçüdə çəlləklər hazırlayırdılar”.

B.Sahakyanın sözlərinə görə, kəsilmiş ağacların bir hissəsiqondarma rejimdə istifadə edilib, bir hissəsi isə istifadə üçünErmənistana göndərilib.

Məhkəmə prosesi iyunun 23-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittihamedilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Chosen
1
39
az.trend.az

10Sources