EN

Ərdoağn İran XİN rəhbərinə nə deyib

Türkiyə İranın nüvə proqramı üzrə texniki danışıqların təşkilinə, o cümlədən ABŞ və İran liderləri arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı İranın xarici işlər naziri Abbas Əraqçiyə bildirib.

“Prezident Ərdoğan bildirib ki, Türkiyə İsrailin İrana, eləcə də Qəzza, Livan və Suriyaya hücumlarına qarşı qəti mövqe nümayiş etdirir və münaqişələrə son qoymaq və diplomatik həll yoluna qayıtmaq üçün səy göstərir”, - Türkiyə liderinin ofisindən bildirilib.

Ofisdən verilən məlumata görə, Ərdoğan regionun yeni hərbi münaqişəyə yol verə bilməyəcəyini, İsrailin “dərhal dayandırılmalı” olduğunu və “nüvə mübahisəsinin” həllinin yalnız danışıqlar yolu ilə mümkün olduğunu vurğulayıb.

Chosen
9
1
publika.az

2Sources