EN

Bakı-Ələt-Qazax-Gürcüstan yolunda ağır qəza: TIR aşıb, sürücü ölüb - VİDEO

Bu gün Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, yük ilə dolu TIR yolda hərəkətdə olarkən idarəetməni itirib və aşıb. Hadisə yolun Qızılburun kəndindən keçən hissəsində baş verib
 
İlkin məlumatlara görə, hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində həyatını itirib.
 
Qəza yerinə dərhal Təcili Tibbi Yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Hadisə nəticəsində Bakıdan Qazax istiqamətində yolun bir zolağı bağlanıb. Hazırda ərazidə nəqliyyatın bərpası üçün müvafiq qurumlar tərəfindən işlər görülür.
 
Faktla bağlı araşdırma aparılır.

 

 
Chosen
17
50
moderator.az

10Sources