Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, VAZ 2106 markalı avtomobil ilə "Mercedes" markalı minik maşını toqquşub.
Nəticədə VAZ-da olan sərnişin - 1957-ci il təvəllüdlü Göytəpə şəhər sakini Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.