EN

Ceyhun Bayramov suriyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər NazirləriŞurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsindəSuriyanın xarici işlər naziri Əsəd Əl-Şibani ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müzakirələr zamanı nazirlər həm ikitərəfli, həmdə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı hərtərəflifikir mübadiləsi aparıblar.

Humanitar yardım təşəbbüslərinin gücləndirilməsinə vəmünaqişədən sonra bərpa səylərində əməkdaşlıq imkanlarınınaraşdırılmasına xüsusi diqqət yetirilib.

Suriyaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların aradanqaldırılmasının vacibliyi vurğulanıb, onların aradanqaldırılmasının ölkənin yenidən qurulması və uzunmüddətliinkişafının asanlaşdırılmasında mühüm rol oynayacağıvurğulanıb.

Nazirlər həmçinin Yaxın Şərqdə baş verən hadisələrə, İsrail vəİran arasında son eskalasiyaya diqqət yetirməklə, aktual regionalvə beynəlxalq təhlükəsizlik narahatlıqlarına toxunublar.

Ceyhun
Ceyhun
Chosen
29
4
az.trend.az

10Sources