EN

Azərbaycan Suriyanın bərpasında iştirak etməyə hazırdır - XİN

Bakı. Trend:

Azərbaycan Suriyanın bərpası prosesində iştirak etməyəhazırdır.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlərNazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasıçərçivəsində Suriyanın keçid hökumətinin xarici işlər və xaricdəyaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə görüşündədeyib.

Nazir Ceyhun Bayramov uzun fasilədən sonra Dəməşqdə AzərbaycanRespublikasının Səfirliyinin fəaliyyətinin bərpa olunmasınınikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu qeydedib, Suriya ilə siyasi dialoqun, iqtisadi və humanitarəməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Suriyada sabitliyin və dayanıqlı sülhün bərqərarolunmasını dəstəklədiyi bildirilib, bu xüsusda Suriyanın bərpasıprosesində Azərbaycanın iştirak etməyə hazır olduğu və humanitaryardımın davam etdiriləcəyi diqqətə çatdırılıb.

Chosen
20
3
az.trend.az

10Sources