EN

Ceyhun Bayramov suriyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində bir araya gəliblər.

Müzakirələr zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıb,humanitar yardım təşəbbüslərinin gücləndirilməsinə və münaqişədən sonra bərpa səylərində əməkdaşlıq imkanlarının araşdırılmasına xüsusi diqqət yetiriblər.

Suriyaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların aradan qaldırılmasının ölkənin yenidən qurulması və uzunmüddətli inkişafının asanlaşdırılmasında mühüm rol oynayacağı vurğulanıb.

Nazirlər, həmçinin Yaxın Şərqdə baş verən hadisələrə, İsrail və İran arasında son eskalasiyaya diqqət yetirməklə, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.

Chosen
3
6
anews.az

10Sources