Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb.
News24.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Türkmənistan vətəndaşı 35 yaşlı Nurgəldiyev Nuryağdının idarə etdyi TIR yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.