UFC əfsanəsi Həbib Nurməhəmmədov və yüngül çəkidə çempion İslam Maxaçovun müşayiət etdiyi Tagir Ulanbekov Azat Maksumu məğlub edib. 

Offsideplus.az xəbər verir ki, T.Ulanbekov qələbəni necə qazandığını şərh edib:

"Bütün məşqçi heyətim mənə raundlar arası məşq zamanı bildirirdi ki, teykdaun etmə, ayaqüstündə döyüş. Mən də bu gün sübut etdim ki, ayaqüstündə döyüşə bilirəm". 

Dağıstanlı döyüşçü publikanın uğultusuna məruz qalmasına belə münasibət bildirib: 

"Mən bütün döyüş vaxtı irəli atılırdım, bu gün hər şey mənim tərəfimdə idi və qalib gəlməyə layiq olmadığımı düşünmürəm". 

O, küncündə yer alan Həbib Nurməhəmmədovun onunla nə danışdığını bildirib: 

"Həbib həmişə mənə deyir ki, çəkinmə, həmişə irəli atıl. Mən döyüşdən sonra rəqibə dedim ki, təəssüflənməsin. Bu gün mən qalib gəldim, gələn dəfə o qazana bilər. Azat bu gün yaxşı döyüşdü".