EN

Tagir Ulanbekov Azərbaycanın qonaqpərvərliyinə heyran qaldım

BAKI. 21 iyun. TELEQRAF

“Bakıda bizi yaxşı qarşıladılar. Azərbaycanın qonaqpərvərliyinə heyran qaldım. Burada qələbə qazanmaq bizim komanda üçün tarixi hadisə idi. Qələbəmi əfsanəvi məşqçim Abdulmanap Nurməhəmmədova həsr edirəm”.

Teleqraf xəbər verir ki, bunu MMA döyüşçüsü Tagir Ulanbekov Bakıda təşkil olunan “UFC Döyüş Gecəsi”ndə Maksum Azatı məğlub etdikdən sonra mətbuat konfransında deyib.

34 yaşlı dağıstanlı idmançı rəqibinin döyüşə yaxşı hazırlaşdığını söyləyib: “Raundlararası fasilədə məşqçilərim mənə ayaqüstü döyüşməli olduğumu deyirdilər”.

O, məqsədinin kəmər qazanmaq olduğunu bildirib: “Bu çəkidə çempionu uda biləcək adam yeganə şəxs mənəm. Növbəti döyüş üçün adını çəkə biləcəyim rəqib yoxdur. Kəməri qazanmaq üçün istənilən döyüşçü ilə üz-üzə gəlməyə hazıram. Kəmər üçün məndə bütün xüsusiyyətlər var”.

Ulanbekov Azatı məğlub etdikdən sonra arenada azarkeşlərin fit çalmasını şərh edib: “Qərarı verən mən deyiləm. Məqsədim özümü sübut etmək idi. Bütün raundlar boyu geriyə deyil, irəli gedirdim. Möhkəm rəqibim var idi. Bu gün bəxt mən tərəfdə idi”.

O, rəqibi ilə döyüşdən sonra söhbəti barədə söz açıb: “Ona dedim ki, təəssüf etməsin. Onun yerində mən də ola bilərdim. Bu gün mən daha yaxşı idim, gələn səfər əksinə ola bilər. Azat döyüşə yaxşı hazırlaşmışdı. Bizim komandanın qapıları onun üçün hər zaman açıqdır”.

Dağıstanlı idmançı məşqçisi Həbib Nurməhəmmədovun ona yaxşı döyüşdüyünü vurğulayıb: “Ayağımı heç vaxt qazdan çəkməməyimi dedi”.

Chosen
39
teleqraf.com

1Sources