EN

Abdullah Ağar: “Ortadoğudakı savaş təkcə bombalarla getmir - Türkiyə yol ayrıcında ”

Türkiyənin tanınmış politoloqu və təhlükəsizlik eksperti Abdullah Ağar, İran–İsrail müharibəsi fonunda Yaxın Şərqdə formalaşan yeni geopolitik düzəni təhlil edən geniş bir yazı qələmə alıb.

Azərbaycanın

Musavat.com xəbər verir ki, məşhur ekspert həmin təhlilini Musavat.com saytına göndərib. O, yazısında yalnız regionun hərbi reallıqlarını deyil, eyni zamanda zehni, inancı, strategiyanı və gələcəyi formalaşdıracaq ssenariləri də masaya yatırıb.

Abdullah Ağar bildirir ki, bugünkü Ortadoğuda savaşlar sadəcə cəbhələrdə deyil, həm də zəkalarda, anlayışlarda, qərarlarda və inanc sistemlərində yaşanır. Və bu savaş Türkiyə üçün tarixi bir yol ayrıcına çevrilməkdədir.

GAZZE

Ortadoğunun İsrailli dönəmləri: üç mərhələ

Yazısında politoloq Ortadoğunun son 70 ildə keçdiyi siyasi-fəlsəfi mərhələləri belə xatırladır:

1. 1950–70-ci illər: Ərəb dünyasının panərəbizm ideologiyası ilə bölgəyə hakim olmağa çalışdığı dövrdə qarşı blok İsrail–İran–Türkiyə idi. Ərəb–İsrail savaşları (1967, 1973) bu illərə təsadüf edir. Hətta İraq–İran savaşında belə İsrail İrana dəstək vermişdi.

2. 1980–2010-cu illər: İranın yüksəlişi, “Şiə hilalı”nın Yəməndən Qüdsə qədər uzandığı illər. Bu dəfə İsrail əvvəlki düşməni olan ərəb ölkələri ilə eyni cəbhədə, qarşıda isə İran. Türkiyə isə balanslı mövqedə idi.

3. 2020-ci illər və sonrası: İsrailin gücünü bərpa etmək istədiyi dövr. Artıq ittifaqlar aydın deyil. Savaş təkcə dövlətlərarası deyil, bölgəvi və qlobal yeni bloklaşmaların axtarışına çevrilib.

Ağar qeyd edir ki, böyük güclər bu savaşı “Ortadoğunun yenidən inşası” adlandırır, halbuki İran bunu “İslam birliyi və gücü” kimi təqdim edir.

Türkiye

Türkiyənin mövqeyi: geosiyasi, teopolitik, yoxsa manipulyasiya olunan bir tarazlıq?

Abdullah Ağarın fikrincə, Türkiyənin duruşu və qərarı bu prosesdə həlledici olacaq. Çünki bu savaş təkcə torpaq və enerji savaşından ibarət deyil, bir fikir, inanc, gələcək və həqiqət savaşına çevrilib.

Ekspert əsas sualı belə qoyur: Türkiyə geosiyasi qərar verəcək, yoxsa dini-məzhəbi, teopolitik seçimə gedəcək? Yoxsa bu qarışıqlıq içində manipulyasiyaya açıq “denge axtarışında” qalacaq?

Bu məqamda o, müasir təhlükəsizlik elminə məxsus “Güc Sibernetiki” anlayışını önə çəkir. Ağarın şərhinə görə bu, təkcə hərbi gücü deyil, strateji qərar döngələrini, qarşı tərəfin zəif nöqtələrini, zamanlamanı, ideoloji təsirləri və qərar verənlərin niyyətlərini idarə etmə qabiliyyətidir. Bu baxımdan “komanda və idarə mexanizmləri” savaşın həqiqi nəticəsini müəyyən edəcək.

Yırtıcıların

İranın etdiyi strateji səhv və dərs

Abdullah Ağar yazır ki, İran böyük bir strateji ziddiyyət yaşadı. Bir tərəfdən “Qərb əleyhdarlığını” bazarlamaqla Çin və Avrasiya blokuna, digər tərəfdən də Qərbə göz vurmaqla hər iki tərəfdə etimadsızlıq yaratdı. Nəticədə nə istədiyinə nail oldu, nə də fəlakətdən qurtula bildi.

İsrailin müasir hərbi texnologiyalarla (F-16i, F-35i, F-15i) təchiz olunmuş aviasiyasına qarşı İranın bir dənə belə özünəməxsus müasir döyüş təyyarəsinin olmaması, onun həm diplomatik, həm də hərbi zəifliyini ortaya qoyur.

Abdullah Ağar bu ziddiyyətin əsas səbəbi kimi İranın xarici siyasətini daxili ideoloji ehtiyaclara uyğunlaşdırmasını göstərir. Rejimi qorumaq üçün Batıya qarşı ritorika, xarici bloklamanı qırmaq üçün Çinə yaxınlıq – amma nəticə: partlayış. Qəzzədən başlayan zəlzələ artıq İrana sıçrayıb və görünür ki, orada dayanmayacaq.

Türkiyə üçün sual açıq qalır: “Reaktiv” olacaq, yoxsa “yön verən”?

Yazısının sonunda Abdullah Ağar əsas diqqəti bu suala yönəldir: Türkiyə öz “Güc Sibernetik” sistemini quracaqmı? Yoxsa başqalarının təsiri altında reaktiv siyasətlə yetinəcəkmi?

Ağar yazır:

“Türkiyənin artıq insanlığın və Ortadoğunun tükəndiyi, qaydalara əsaslanan beynəlxalq nizamın dağıldığı və sözdə əxlaqi üstünlüklərin itdiyi bir dünyada yeni bir paradigma təqdim etmək imkanı var. Bu güc Türkiyədə varmı? Onun inancı, ideologiyası, dövlət və millət balansı buna tab gətirəcəkmi?”

Ekspertə görə, əgər qərar vericilər bu məsələlərə yalnız şəxsi maraqları ilə baxsalar, hər şey məhv olacaq.

“Əsl hakimiyyət problemləri idarə etməklə yox, onları həll etməklə yaranır. Və unutmayaq: kefənin cibi yoxdur. Razılığa talib olmayan, dünyaya məhkum olar…”

Musavat.com

Chosen
4
50
musavat.com

10Sources