EN

Nazim Sadıxov nokautla qazandı

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nazim Sadıxov Braziliyadan olan Nikolas Motta ilə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə Sadıxov qalib gəlib. O, ikinci raundda rəqibini nokautla məğlub edib.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
5
futbolpress.az

3Sources