EN

ABŞ strateji bombardmançılarını Quama yerləşdirib

ABŞ İsrail və İran arasında münaqişə fonunda B-2 strateji bombardmançılarını Sakit okeandakı Quam adasına köçürür.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bombardmançıların yerləşdirilməsinin Yaxın Şərqdəki gərginliklə bağlı olub-olmadığı aydın deyil. Mənbələr əlavə məlumat verməkdən imtina ediblər.

Mənbələrdən biri hələlik B-2-lərin Quamdan kənara daşınması üçün heç bir əmr verilmədiyini bildirib. Onlar neçə bombardmançının yerləşdirildiyini açıqlamayıblar.

Chosen
18
unikal.az

1Sources