EN

KİV: NATO-nun Ukrayna üzrə Haaqa sammiti iclassız keçiriləcək

NATO-nun Haaqa sammiti “Ukrayna – NATO” Şurasının iclası olmadan keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti sammitin planları ilə tanış olan adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Lakin rəsmi sammitin proqramında hələlik heç bir dəyişiklik yoxdur.

“Yalnız çərşənbə axşamı günü qarşılanma naharına dəvət olunmuş Ukrayna Prezidenti Volodimir Zelenskinin sammitdə iştirak edib-etməyəcəyi bəlli deyil. Həm də Ukrayna – NATO Şurasının Haaqada iclası olmayacaq. Bu, bəzi müttəfiqlərin belə bir toplantı keçirmək çağırışlarına baxmayaraq, müharibəyə maraq göstərməyən ABŞ-yə növbəti güzəştdir”, – nəşr yazıb.

Məqalədə qeyd olunub ki, Haaqada, Kanadada olduğu kimi, uzun bir kommünike olmayacaq, yalnız yeni öhdəliklər haqqında qısa bəyanatlar olacaq.

Bununla belə, alyansın saytında dərc olunan NATO sammitinin rəsmi proqramında heç bir dəyişiklik olmayıb.

Chosen
37
report.az

1Sources