EN

UFC Fight Night: Nazim Sadıxov qələbə qazanıb - FOTO

Bakıda ilin ən gözlənilən idman hadisələrindən biri - UFC Fight Night keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, yüngül çəki dərəcəsi üzrə əsas kartda Nazim Sadıxov (10-1-1, Azərbaycan) və Nikolas Motta (15-5-0, Braziliya) qarşılaşıblar.

Azərbaycan təmsilçisi qalib gəlib.

Xatırladaq ki, "UFC Fight Night" turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər - Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
  • UFC
Chosen
20
44
day.az

10Sources