EN

ABŞ MÜHARİBƏYƏ QOŞULDU VƏ İRANI BOMBALADI “Fordodakı nüvə obyekti tam məhv edilib”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Prezidenti Donald Trampın İrana guya iki həftə vaxt verməsinə baxmayaraq, bu gecə ABŞ Hərbi Hava Qüvvələri İrana kütləvi zərbələr endirib.

“AzPolitika” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın İranın üç nüvə obyektinə uğurlu zərbə endirdiyini bəyan edib.

Trampın sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İranın Fordo bölgəsindəki nüvə obyektini bombalayıb. O, ABŞ Hərbi Hava Qüvvələrinin İrana zərbə endirməsindən sonra Tehranı sülhə çağırıb: “Bu, ABŞ, İsrail və dünya üçün tarixi bir andır. İran müharibəni indi bitirməyə razı olmalıdır... İranın Fordodakı nüvə obyekti tamamilə məhv edilib. Əgər iranlılar dərhal dayanıb barışmasalar, biz onları yenidən vuracağıq".

“Axios” nəşri İsrail rəsmisinə istinadla xəbər verir ki, Tramp administrasiyası ABŞ-nin İrana gözlənilən zərbəsi barədə İsraili əvvəlcədən məlumatlandırıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Tramp və Netanyahu ABŞ-nin İran obyektlərinə hücumundan bir neçə saat əvvəl telefon danışığı aparıb.

ABŞ Hərbi Hava Qüvvələri İranın Qum şəhərinə də hücum edib. Bununla belə, “Fox News” xəbər verir ki, bu hücum əsas hücum deyil və məqsəd diqqəti nüvə obyektlərinə əsas zərbədən yayındırmaq olub.

İsrail hökumətinin bəyanatında ABŞ-nin İranın nüvə proqramına ölümcül zərbə vurduğu qeyd edilib: “Nüvə silahı istehsalı üçün nəzərdə tutulmuş bütün nüvə obyektləri tamamilə məhv edilib”.

“Fox News” xəbər verir ki, ABŞ İranın yer altındakı Fordo nüvə obyektinə 5-6 bunker bombası, həmçinin İsfahan və Natanzdakı nüvə obyektlərinə 30 “Tomaqavk” raketi atıb.

ABŞ kəşfiyyatının hesablamalarına görə, İsrailin hücumları İranın nüvə proqramını yalnız altı aylıq poza bilib. İddia olunur ki, İsrailin növbəti zərbələri çətin ki, daha çox ziyan vura bilsin. Ona görə, ABŞ-nin bugünkü hücumları həm də bununla əlaqələndirir. Qeyd olunur ki, Amerikanın zərbələri daha ağır və əsaslı nəticələr verib.

İsrailin “Ynet” portalı xəbər verir ki, İran rəsmiləri Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinin bombalandığını təsdiqləyiblər.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
50
azpolitika.info

10Sources