EN

ABŞ İrana bu bombardmançılarla zərbələr endirib

ABŞ İranın nüvə obyektlərinə zərbələr endirmək üçün "Northrop Grumman B-2 Spirit" bombardmançılarından istifadə edib. SİA xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmisinə istinadla məlumat yayıb. "ABŞ "Northrop Grumman B-2 Spirit" bombardmançı təyyarələri İranın nüvə obyektlərinə zərbələr endirməkdə iştirak edib", - ABŞ rəsmisi agentliyə bildirib. İyunun 22-nə keçən gecə Amerika lideri "Truth Social" sosial şəbəkəsindəki səhifəsində ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini bildirib.

Chosen
12
1
sia.az

10Sources