BAKI, 22 iyun. TELEQRAF
ABŞ-nin nüvə obyektlərinə hücumu İsrailin ilkin hücum planlarında iştirakını göstərir, dünya susqunluqla böyük təhlükə yaradır.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinın bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, beynəlxalq ictimaiyyətin bu vəziyyətə susqun yanaşması qlobal sülh və təhlükəsizlik üçün misli görünməmiş və önlənməsi çətin olan risklər yaradır.
Tehran dünya dövlətlərini vəziyyətin ciddiliyini dərk etməyə və regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün dərhal effektiv addımlar atmağa çağırır.