EN

30 yaşlı Nihal Candanın ölümündən sonra 2 məşhurdan ŞOK anoreksiya ETİRAFI

Anoreksiyadan əziyyət çəkən sosial media fenomeni Nihal Candanın vəfatı daha əvvəl eyni xəstəliklə mübarizə aparmış məşhurları yenidən gündəmə gətirib.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənnilər İrem Derici və Derya Uluğ illər öncə eyni xəstəliklə mübarizə apardıqlarını etiraf ediblər.

Hər iki sənətçi gənc qızlara səslənərək “Zəiflik xəyalı ilə sağlamlığınızı itirməyin” xəbərdarlığını edib.

İrem Derici sosial media hesabında bunları yazıb:

“Asan idi, eləmi? Getdi bax... Ailəsi arxasınca ağlayar indi. O qədər vicdansızsınız ki, intiharın son mərhələsini belə anlaya bilmədiniz. Nihal rahatlıq tapdı... Mən bu xəstəliyə çətinliklə qalib gəldim, bəlkə hələ də tam sağalmamışam”.

Derici 2017-ci ildə reanimasiyadan çıxdıqdan sonra çəkdirdiyi bir fotosunu paylaşaraq bunları qeyd edib:

“2017. Xüsusi palataya keçdiyim gün çəkdirdiyim ilk şəkil. Həmin vaxt 5-6 kilo çəki almışdım. Heç kimin nə yaşadığını bilə bilməzsiniz”.

İREM.jpg


Müğənni Derya Uluğ da sosial media paylaşımında universitet illərində anoreksiya ilə mübarizə apardığını açıqlayıb:

“Universitet illərində anoreksiya keçirmiş və bu vəziyyətdən çıxmağı bacarmış biri olaraq demək istəyirəm ki, sosial medianın yaratdığı təzyiqlər və ya başqa səbəblərlə sağlam olmayan şəkildə arıqlamaq düşündüyünüzdən daha təhlükəlidir. Bir dilim çörək yeyə bilmək üçün dua etdiyim gecələri xatırlayıram. 2 il davam edən bu mübarizədə 39 kiloya qədər arıqlamışdım. Amma iradə göstərdim və sağlamlığıma qovuşdum. Təəssüf ki, Nihal bu qədər şanslı olmadı... Çox üzgünəm, ruhu şad olsun”.

Derya gənc qızlara səslənib:

“Zəiflik gözəllik demək deyil, sağlamlıq hər şeydən daha qiymətlidir. Əgər arıq görünmək sizi xoşbəxt edirsə, bunu sağlam qidalanma və idmanla edin. Digər yollar sağlamlığınızı əlindən aldıqda sadəcə zəif və xəstə olacaqsınız. Sosial medianın yaratdığı saxta gözəllik anlayışına uymayın, həyatınızdan olmayın”.

Qeyd edək ki, 2023-cü ildə “dələduzluq” və “çirkli pulların yuyulması” ittihamları ilə həbs olunan Nihal Candan həbsxanada olduğu müddətdə ciddi sağlamlıq problemləri ilə qarşılaşmışdı. Ona anoreksiya diaqnozu qoyulmuşdu. Xəstəlik irəlilədikcə ciddi çəki itkisi yaşayan gənc fenomen 23 kiloya qədər arıqlamışdı. Reanimasiyaya yerləşdirilən Candanın birinci dəfə ürəyi dayanmışdı, həkim müdaxiləsi ilə həyatına qayıtsa da, 24 saatlıq kritik mərhələdən sonra ürəyi ikinci dəfə dayanıb və bu dəfə həyatını xilas etmək mümkün olmayıb. Nihal Candan 30 yaşında dünyasını dəyişib.

Aytən Novruz
Musavat.com

Chosen
12
1
musavat.com

10Sources